Şərif Texnologiya Universitetinin məzunları müasir texnologiya və süni intellektdən istifadə edərək "axtarış sistemi" dizayn və inkişaf etdirməyə nail olublar.
arannews:parstoday-Onlayn paltar almaq üçün bu ağıllı axtarış sistemi süni intellektə əsaslanır və Şərif Texnologiya Universitetinin məzunları tərəfindən yaradılıb və onun vasitəsilə ağıllı mətn axtarışı həyata keçirilir. İstifadəçilər istədikləri paltarların dizaynını və rəngini təsvir edərək bu platformada mövcud olan paltarlardan istifadə edə bilərlər.Bu axtarış sistemi süni intellektdən istifadə etməklə istifadəçinin daxil etdiyi mətni anlayır, geyim və moda sahəsində onlayn mağazalarda mövcud olan mətn və fotoşəkilləri təhlil edərək, istifadəçinin sorğusuna ən yaxın mümkün nəticələri tapır və göstərir.Bu axtarış sistemi hazırda 1500-dən çox onlayn mağaza və brendi əhatə edir. Onun dəyərlərindən biri odur ki, ölkə daxilində kiçik biznesi gücləndirməklə görünmə və müştəri cəlb etməyə imkan verir.