“Human Rights Watch” təşkilatı sionist rejimin Bakı COP29 iştirakını pisləyərək bəyanat verib
arannews:parstoday-İranın onlarla QHT və insan haqları sahəsində fəaliyyət göstərən qurumları birgə bəyanat yayaraq, İsrail rejiminin Bakıda keçirilən COP 29 iqlim dəyişikliyi konfransında iştirakını pisləyib. İnsan hüquqları müdafiəçiləri Fələstində ekoloji ədalətə riayət etmək, humanitar hüquqların pozulmasını və ətraf mühiti məhv etməyi dayandırmaq üçün bu rejimə qlobal təzyiq göstərməyə çağırıblar.
Bu bəyanatda deyilir:
“Qəzzənin mühasirəsi və onun ekoloji və humanitar fəsadları, İsrailin Qəzzəni qeyri-qanuni və sistematik blokadada saxlaması ciddi ekoloji böhrana səbəb olub və bu yerin sakinlərinin su, qida və səhiyyə xidmətlərinə çıxışına məhdudiyyət qoyub. Bu blokadanın davam etdirilməsi Dördüncü Cenevrə Konvensiyasının 23 və 55-ci maddələrinə ziddir və Qəzzənin mülki əhalisi üçün qeyri-insani və qəbuledilməz şərait yaradıb.
Biz COP 29 üzvlərini və beynəlxalq insan haqları təşkilatlarını İsrailin hərəkətlərini pisləməyə və bu rejimi beynəlxalq hüquqi öhdəliklərə əməl etməyə, rejimin Fələstin və Livanın işğal olunmuş ərazilərində törətdiyi ekoloji və humanitar terroru dərhal dayandırmağa məcbur etməsinə çağırırıq”