Prezident Qətərə son səfəri zamanı əldə olunan razılaşma və anlaşmalara toxunaraq deyib: “Biz bu səfər zamanı əldə edilmiş razılaşmaların həyata keçirilməsi prosesini sürətləndirməliyik. Biz dost və qonşu Qətər ölkəsi ilə daha geniş və dərin əlaqələri vurğulayırıq.”
arannews:irna-Məsud Pezeşkiyan çərşənbə günü günortadan sonra Qətərin Baş naziri və Xarici İşlər naziri Məhəmməd bin Əbdülrəhman Ali-Sani ilə görüşdə Qətərə son səfəri zamanı əldə olunan razılaşmalara işarə edərək deyib: “Biz bu səfər zamanı əldə edilmiş razılaşmaların həyata keçirilməsi prosesini sürətləndirməliyik. Bu razılaşmaları daha ciddi izləyəcəyinizə ümid edirik. Biz dost və qonşu Qətər ölkəsi ilə daha geniş və dərin əlaqələri vurğulayırıq.” Prezident əlavə edib: “İran İslam Respublikası dediyinə əməl edir və razılaşmalarına sadiq qalacaq. Ümid edirəm ki, aramızda olan razılaşmalar tam şəkildə həyata keçiriləcək.”
Prezident İslam dünyasında birlik ideyasına işarə edərək deyib: “Ürəyimizin arzusu budur ki, müsəlman qardaşlarımızla yaxın münasibət quraq və müsəlman ölkələrinin bir-birləri ilə sülh və harmoniya içində, bir-birlərinin hörmətini qoruyaraq həyatlarını və təcrübələrini paylaşa biləcəyini dünyaya göstərsinlər.”
Görüşdə Qətərin Baş naziri və Xarici İşlər naziri də ölkəsinin İranla əlaqələrin genişləndirilməsində maraqlı olduğunu bildirərək deyib: “Proqrama əsasən, Qətər Əmirinin gələn ilin əvvəlində İrana səfər edəcəyinə ümid edirik.”
Məhamməd bin Əbdulrəhman Ali-Sani əlavə edib: “Qətər Əmiri, eləcə də hökuməti iki ölkə arasında razılaşmaların icrasının sürətləndirilməsini vurğulayır.”
Qətərin Baş naziri və Xarici İşlər naziri deyib: “Qətər hökuməti əlaqələri genişləndirməyə və iki ölkə arasında münasibətlərdə möhkəm təməl yaratmağa çalışır. Qətər Əmiri bu məsələni hər zaman vurğulayır. Qətər həmişə İran üçün güclü və etibarlı müttəfiq olacaq.”