Tarix : 2024 Nov 22
Kod 65119

İranın BMT-dəki səfiri: Amerikanın vetosu utancvericidir; İsrailin toxunulmazlığına son qoyun

İranın BMT-dəki səfiri və daimi nümayəndəsi Əmir Səid İrəvani Təhlükəsizlik Şurasının 10 qeyri-daimi üzvü tərəfindən Qəzzədə dərhal atəşkəsin yaradılması üçün təklif olunan qətnamə layihəsinə ABŞ tərəfindən veto qoyulmasını "utanc verici" hesab edərək deyib: “Biz bir daha Təhlükəsizlik Şurasını qətiyyətli addım atmağa və İsrail rejiminin toxunulmazlığına son qoymağa çağırırıq.”
arannews:irna-İranın BMT-dəki səfiri və daimi nümayəndəsi Əmir Səid İrəvani cümə axşamı Təhlükəsizlik Şurasının iclasında deyib: “Təəssüf ki, Amerika Birləşmiş Ştatlarının qeyd-şərtsiz dəstəyi – necə ki, ABŞ-ın dünənki vetosu bunu bir daha nümayiş etdirdi– və Təhlükəsizlik Şurasının hərəkətsizliyi ilə İsrail rejiminin toxunulmazlığı davam edir.”

İrəvani əlavə edib: “Bu biabırçı veto nəinki Təhlükəsizlik Şurasının öz nizamnamə vəzifəsini yerinə yetirmədiyini vurğulayır, həm də ABŞ-ın işğalçı rejimə Qəzzə və Livanda qətliamları tam cəzasız olaraq davam etdirməsi üçün lisenziya verir. Bu məsələ humanitar səylərə zərbə vurur, regional və qlobal sülhə ciddi təhlükə hesab olunur.”

“Biz bir daha Təhlükəsizlik Şurasını qətiyyətli addım atmağa və İsrail rejiminin toxunulmazlığına son qoymağa çağırırıq. Şura beynəlxalq hüququn pozulmasına görə İsrail rejimini məsuliyyətə cəlb etməli və mülki insanları müdafiə etməlidir. Bu cinayətlər davam edərsə, qlobal nəticələrə səbəb olan fəlakətli müharibə riski var” - deyə, İran səfiri qeyd edib.

  • Yazılıb
  • da (də) 2024 Nov 22
  • Göndərən رضا رستمی