Az.R Dini Qurumlarla İş üzrə dövlət komitəsinin sədri İİR ilə Az.R arasındakı mədəni dini əməkdaşlıqlar sahələrinin genişləndirilməsini istəyib
Azərbaijan Servisi/Aran Agentliyi
Az.R Dini Qurumlarla İş üzrə dövlət komitəsinin sədri İİR ilə Az.R arasındakı mədəni dini əməkdaşlıqlar sahələrinin genişləndirilməsini istəyib. Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri və bu ölkənin İrandakı səfirinin müavini Hidayət Orucov İranın şimal qərbində yerləşən Ərdəbil ostanında Vəliyi Fəqihin münayəndəsi və bu ostan imam cüməsi Seyyid Həsən Amuli ilə görüşdə şiə məzhəbi və müştərək tarixin İranla Az.R arasındakı müştərək amil olduğunu bildirərək, iki ölkə arasında ortaq dini təfəkkürlər və düşüncələrin mübadiləsinə təkid edib. Ərdəbil ostanında Vəliyi Fəqihin nümayəndəsi və bu ostanın imam cüməsi Seyyid Həsən Amuli bu görüşdə səfəvilərin İranda dini hökumət təsisçisi olduğuna və Ərdəbilin şiəliyin mərkəzi olduğuna işarə edərək, qarşılıqlı hörmət və şiə mədəniyyətinin yayılmasına təkid edib.