Tədbirdə BGMİ-nin Şeyxi Hacı Faiq Nəbiyev və İrandan gələn qonaq alim, höccətülislam Əkbər Ciddi iştirak edib.
arannews:shafagna-dünən “Əyyami Fatimə” məclisləri silsiləsinə əsasən Həzrət Fatimeyi Zəhranın (s.ə) şəhadəti münasibətilə “Alulbeyt”in Tbilisidəki mərkəzində tədbir təşkil edilib. Bu mənəvi məclis, xanımın həyatına və şəhadətinə dair xatirələrə həsr olunub, onun məzlumiyyətindən və əxlaqının ali məqamlarından söz açılıb. Tədbirdə BGMİ-nin Şeyxi Hacı Faiq Nəbiyev və İrandan gələn qonaq alim, höccətülislam Əkbər Ciddi iştirak edib.
Tədbirdə Həzrət Fatimeyi Zəhranın (s.ə) pak həyat yolundan bəhs edilib, xanımın məsum əxlaqı, Vilayət yolunda göstərdiyi müqaviməti və ona qarşı edilən haqsızlıqlardan söhbət açılıb.
Mərasimdə rövzə və mərsiyələr oxunub, ehsan verilib.