İranın Birinci vitse-prezidenti və Çinin Baş nazirinin müavini Asiyanın iki böyük və mühüm ölkəsi arasında əlaqələrin genişlənməsinin regional sülh və təhlükəsizliyə böyük təsir göstərdiyini vurğulayaraq, əməkdaşlıq sahələrinin genişləndirilməsi və iqtisadi mübadilənin inkişafına diqqət çəkiblər.
arannews:shafagna-İranın Birinci vitse-prezidenti ilə Çinin Baş nazirinin müavini arasında İran və Çinin hərtərəfli strateji planının icrası çərçivəsində baş tutan görüşdə tərəflər əməkdaşlığın inkişafına təkid ediblər. Bu gün (çərşənbə axşamı) səhər saatlarında Sədabad kompleksində keçirilən görüşdə İran və Çinin diplomatik nümayəndə heyətləri xüsusilə iqtisadi sahədə və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın genişləndirilməsi yollarını müzakirə ediblər.
Bu görüşdə Məhəmmədrza Arif və Çin Baş nazirinin müavini Zhang Huqing iki böyük və mühüm Asiya ölkəsi arasında əlaqələrin genişlənməsinin regional sülh və təhlükəsizliyə böyük təsir göstərdiyini vurğulayaraq, əməkdaşlıq sahələrinin genişləndirilməsi və iqtisadi mübadilənin inkişafına diqqət çəkiblər.