Məlumatlı mənbə “Əl-Məyadin” telekanalına müsahibəsində Bağdadda İran, İraq və Suriya xarici işlər nazirlərinin üçtərəfli görüşü keçiriləcəyini bildirib.
arannews:irna-Əl-Məyadin telekanalı cümə axşamı günü adı açıqlanmayan məlumatlı mənbəyə istinadən əlavə edib ki, İranın Xarici İşlər naziri Seyid Abbas Əraqçinin Bağdada gözlənilən səfəri sabah, cümə günü baş tutacaq. Həmçinin Əraqçinin Bağdada səfəri zamanı İran, İraq və Suriya xarici işlər nazirlərinin iştirakı ilə üçtərəfli görüş keçiriləcək.