Tarix : 2024 Dec 10
Kod 65149

Suriyanın infrastrukturu məhv edilir - Bütün hərbi texnikanı istehsal etmək imkanımız var

İqtisadi Koordinasiya Şurasının katibi Suriyadakı son hadisələrə toxunaraq deyib: Düşmən region xalqlarının müstəqilliyindən qorxur və indi Amerika və İsrail Suriyanın infrastrukturunu məhv edirlər.
arannews:irna-Çərşənbə axşamı İranın Kiş adasında keçirilən 12-ci Beynəlxalq Hava və Kosmos Sərgisinin açılış mərasimində Möhsün Rizayi İsrail hərbi qüvvələrinin Suriyada baş verən hadisələrdən sui-istifadə edərək Dəməşqdən 20 kilometr aralı məsafəyə çatdığını bildirərək deyib: Son 24 saat ərzində Suriyada 250 infrastruktur məntəqəsi İsrail, Amerika və terrorçu qruplar tərəfindən hücuma məruz qalıb və Suriyanın bütün hərbi tədqiqat mərkəzləri tamamilə məhv edilir.

Düşmənlərin Qərbi Asiyanın simasını dəyişməyə çalışdıqlarını bildirən Qanunverici, İcraedici və Məhkəmə Başçılarının İqtisadi Koordinasiya Şurasının katibi əlavə edib: Bu bədnam plan üçün törədilən cinayətlər Hitlerin cinayətlərindən də betərdir.

  • Yazılıb
  • da (də) 2024 Dec 10
  • Göndərən رضا رستمی