İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandanı bəzi insanların Suriya ordusunun yerinə bizim gedib döyüşməyimizi gözlədiklərini bildirib və deyib: O ölkənin ordusu prosesə tamaşaçı olduğu halda, bütün SEPAH və Bəsici (könüllü) qüvvələrini başqa ölkədə döyüşməyə cəlb etməyimiz ağlabatandırmı?
arannews:irna-İran İslam İnqilabı Keşikçiləri Korpusunun komandiri deyib: Cəbhəni (Suriyadakı müqavimət cəbhəsini) tərk edən sonuncu şəxslər SEPAH üzvləri və bu meydanı tərk edən sonuncu şəxs isə bir keşikçi olub. Bəziləri Suriya ordusunun yerinə gedib döyüşməyimizi gözləyir. O ölkənin ordusu prosesə tamaşaçı olduğu halda, bütün SEPAH və Bəsici (könüllü) qüvvələrini başqa ölkədə döyüşməyə cəlb etməyimiz ağlabatandırmı?
İslam nizamı həqiqətən də bacardığı qədər onlara kömək etməyə çalışırdı. Biz Suriya həqiqətləri ilə yaşamalıyıq. Biz reallıqlara baxırıq və faktlara əsaslanaraq hərəkət edirik.
Strategiyalar vəziyyətə uyğun olaraq dəyişdirilməlidir. Strategiyalarda durğunluq və sabitliklə bir çox qlobal və regional problemləri həll edə bilmərik.
Biz (silahlıların və təkfirçilərin hərəkətlərindən) aylar əvvəldən xəbərdar idik. Hətta qardaşlarımız kəşfiyyat texnikalarından istifadə edərək hücum cəbhələrini tapıb Suriyanın yüksək səviyyəli siyasi və hərbi yerlərinə ötürə bildilər. Amma, dəyişmək iradəsi, döyüş və əzm sözün əsl mənasında olmadığı üçün təəssüf ki, sizin müşahidə etdiyiniz hadisə baş verdi.
Təkfirçilər qərblilərin İran İslam Respublikasının mənəvi təsirinə qarşı caydırıcı modeli idilər.
Bu təhlükəli təkfirçi cərəyanlara qarşı mübarizə İran İslam Respublikası nizamının bütün bəşəriyyətə etdiyi böyük xidmət idi.
Bu 13 il ərzində biz Livan Hizbullahını və Fələstin hərəkatını böyük ölçüdə özümüzü təmin etmək baxımından asılılıqdan və coğrafi əlaqədən müstəqil hala gətirməyə çalışdıq.