Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu ölkənin İrandakı səfirliyinin konsulluq şöbəsinin 15 dekabr 2024-cü il tarixindən etibarən fəaliyyətini rəsmən bərpa edəcəyini açıqlayıb.
  arannews:irna-Səfirliyin bəyanatında deyilir: Konsulluq xidmətlərinin bərpası Azərbaycan vətəndaşları və digər şəxslər üçün xidmətlərin davamlılığını göstərir.  İyul ayında Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bəyanat yayaraq, danışıqlardan sonra bu ölkənin Tehrandakı səfirliyinin 2024-cü il iyulun 15-dən fəaliyyətini bərpa edəcəyini açıqlamışdı. 
 Bu nazirliyin bəyanatına görə, Azərbaycan Respublikasının hazırkı səfiri və diplomatik heyəti İrana qayıdıb. 
 Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi əlavə edib: İran “Diplomatik münasibətlər haqqında Vyana Konvensiyası” çərçivəsində diplomatik müdafiə sahəsində üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq Azərbaycan Respublikasının səfirliyinin yeni binası qarşısında təhlükəsizliyin təmin edilməsi üçün müvafiq tədbirlər həyata keçirib.