Azərbaijan Servisi/Aran Agentliyi
Az.R-da ərzaq və sənaye məhsullarının qiymət artımı davam edir. ANS Xəbər Agentliyinin Az.R-nın inflyasiya miqdarını müəyyən etmə və iqtisadi araşdırmalar mərkəzinə istinadən verdiyi məlumata əsasən, cari milad ilinin ilk altı ayında göyərtilər təqribən 66%, qənd və şəkər təqribən 21%, mebel dəstləri və soyuducu təqribən 13%, restoranlarda xidmət qiymətləri təqribən 15% və hotel xidmətləri qiymətləri də təqribən 11% artımın şahidi olubdur.