Tarix : 2024 Dec 16
Kod 65161

Qalibaf: İslam dünyası sionist rejimə qarşı birliyini qorumalıdır

İslami Şura Məclisinin sədri deyib: “İslam dünyasının böyükləri, alimləri və müsəlman xalqının vəzifəsi sionist rejimə qarşı birliyi qorumaq və bu rejim tərəfindən gələn təhlükənin davam etməsinin və inkişafının qarşısını almaqdır. Bu məsələdə İran İslam Respublikası və Oman Sultanlığı xüsusi rol oynayır.”
arannews:irna-Yüksək rütbəli nümayəndə heyətinin müşayiəti ilə Tehrana səfər edən Oman Sultanlığının Ali Məhkəməsinin sədri Xəlifə bin Səid bin Xəlifə əl-Busaidi bazar günü (15 dekabr) İslami Şura Məclisinin sədri Məhəmməd Baqir Qalibafla görüşüb.

Qalibaf sionist rejimin Qəzzədə törətdiyi cinayətləri İslam dünyası və insan haqları sahəsində maraqlananların mühüm narahatlıqlarından biri hesab edərək deyib: “Sionist rejim son bir ildə Qəzzə və Livanda böyük cinayətlər törədib. Suriyada baş verən son hadisələr, sionistlərin yenidən təcavüzü və bu ölkənin bombalanması qarşısı alınmalı olan hadisələrdəndir. Çünki şübhəsiz ki, regionda təhlükənin inkişafı və işğalçılıq sionist rejimin bu sahədə həyata keçirtdiyi hədəflərdəndir.”

  • Yazılıb
  • da (də) 2024 Dec 16
  • Göndərən رضا رستمی