İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Dəniz Qüvvələrinin komandanı deyib: “Bu gün iftixarla bildiririk ki, biz idarə olunan raket buraxan qayıqların hazırlanmasına başlamışıq.”
arannews:irna-General-mayor Əlirza Təngsiri bazar günü “Buşehr Şəhid Məhəllati İxtisaslaşdırılmış Qayıq Mərkəzi”ndə keçirilən SEPAH-da tədqiqat və araşdırma qurucularından olan şəhid general Hacı Abdullah Rudəki adına ikinci festivalda deyib: “Yumşaq ərintidən 67 metrlik alüminium qayıqlarının qurulması və istehsalı bu qüvvənin daha bir uğurudur.”
SEPAH Dəniz Qüvvələrinin komandanı məhdud ölkələrin bu məhsulu istehsal etmək imkanlarına malik olduğuna diqqət çəkərək deyib: “Biliyə əsaslanan şirkətlər yaratmaqla yanaşı, 103 biliyə əsaslanan qurum və 32 universitetlə əlaqə saxlayırıq.”