İran mühüm bir ölkədir və biz ümid edirik ki, İranla bir həll yoluna çataq. Avropalı rəsmi vurğulayıb ki, biz hər halda İranla müqabilə etməkdən çəkinirik
İran servisi/Aran Agentliyi
Hens Qert Petterinq deyib: AB-nə üzv ölkələrin heç biri İranla üzbəüz dayanmağa niyyəti yoxdur.
İranın beynəlxalq "Xəbər" telekanalının verdiyi məlumata əsasən, Avropa Parlamentinin sədri Londonda çap olunan Əl-həyat qəzetinin son nömrəsində dərc edilən müsahibəsində İranın nüvə proqramının sülhsevər olmasına və beynəlxalq Atom Enerjisi Agentliyinin İranın nüvə silahlarına doğru yayınma barədə heç bir faktın tapılmadığı haqda təkidlərinə işarə etmədən vurğulayıb: İran mühüm bir ölkədir və biz ümid edirik ki, İranla bir həll yoluna çataq. Avropalı rəsmi vurğulayıb ki, biz hər halda İranla müqabilə etməkdən çəkinirik.