Tarix : 2024 Dec 22
Kod 65172

İslam İnqilabının Ali Rəhbəri suriyalı gənclərdən ibarət müqavimət qrupunun meydana çıxacağını proqnozlaşdırıb

İslam İnqilabının Ali Rəhbəri: Güclü və şərəfli bir qrupun Suriyada da meydana çıxacağını proqnozlaşdırıram.
arannews:irna-Həzrət Fatimə Zəhranın (ə) mübarək mövludu, eləcə də İmam Xomeyninin (r) mövludu ildönümündə Əhli-Beyt (ə) məddahlarından bir qrupu ötən illərdə olduğu kimi bir saat bundan əvvəl İslam İnqilabının Ali Rəhbəri ilə görüşüb. Bu mərasimdə həzrət Ayətullah Xamenei çıxış edib.

Onun çıxışının ən mühüm məqamları bunlardır:

Amerikanın ölkələrə hökmranlıq etmək planı iki şeydən biridir: ya tiranlıq yaratmaq, ya da xaos və iğtişaş yaratmaq

Suriyada xaos yaratdılar və indi öz xəyallarında qalib gəldiklərini düşünürlər

Amerikalı ünsürlərdən biri kinayə ilə deyir ki, İranda iğtişaş yaradan hər kəsə kömək edəcəyik; axmaqların burnuna manqal qoxusu dəyib!

İran xalqı bu sahədə Amerika muzdlularını qəbul edən hər kəsi ayağının altında tapdalayacaq.

Ardıcıl olaraq deyirlər ki, İslam Respublikası regionda vəkalət qüvvələrini itirdi! Bu da başqa bir səhv! İslam Respublikasının vəkalət qüvvəsi yoxdur.

Yəmən döyüşür, çünki imanı vardır; Hizbullah döyüşür, ona görə ki, imanın gücü onu sahəyə gətirir; HƏMAS və Cihad döyüşür, çünki inancları onları buna vadar edir. Bunlar bizim vəkalət qüvvələrimiz deyil.

Biz əgər bir gün hərəkət etmək istəsək, vəkalət qüvvəyə ehtiyacımız yoxdur.

Güclü və şərəfli bir qrupun Suriyada da meydana çıxacağını proqnozlaşdırıram.

Suriyalı gəncin itirəcək heç nəyi yoxdur. Universiteti təhlükədədir, məktəbi təhlükədədir, evi təhlükədədir, küçəsi təhlükədədir, həyatı təhlükədədir, nə etməlidir? Bu təhlükəni yaradanlara və həyata keçirənlərə qarşı güclü şəkildə və qətiyyətlə dayanmalıdır və inşallah, onlara qalib gələcək.

Allahın lütfü ilə, bölgənin sabahı indikindən daha yaxşı olacaq.

Sionist ünsür özünü qalib kimi göstərir, qalib insanların simasına girir və çıxış edir. Mənasız danışır, rəcəz oxuyur.

Bədbəxt harada qalib olmusuz? Qəzzədə qalib gəlmisiz? Bir nəfər qırx mindən çox qadın, uşaq və körpəni bomba ilə öldürdükdən sonra ilk əvvəl açıqladığı hədəflərinin heç birini həyata keçirə bilməyibsə, qalibdirmi? Siz HƏMAS-ı məhv etmisiniz? Qəzzədə əsirlərinizi azad etmisiniz?

Hizbullahı məhv etmək istədiyinizi dediniz, Seyid Həsən Nəsrullah kimi əzəmətli bir şəxsi şəhid etdiniz, Hizbullahı məhv edə bildiniz? Hizbullah yaşayır, Fələstin müqaviməti yaşayır, HƏMAS yaşayır, cihad yaşayır. Siz qalib deyilsiniz, məğlub olmusunuz.

Suriyada qarşınız açıq idi. Qarşınızda bir nəfər də silahlı əsgər yox idi. Tank və hərbi texnika ilə bir neçə kilometr irəliləməyə nail oldunuz. Bu qələbə deyil. Qarşınızda heç bir maneə yox idi. Bu qələbə deyil. Təbii ki, Suriyanın cəsur və qeyrətli gəncləri sizi buradan mütləq qovacaqlar.

  • Yazılıb
  • da (də) 2024 Dec 22
  • Göndərən رضا رستمی