Xarici işlər nazirinin Konsulluq xidməti üzrə müavini deyib: Müxtəlif bəhanələrlə, o cümlədən qeyri-qanuni və qeyri-hüquqi sanksiyalardan yayınma bəhanəsi ilə iranlıların girov götürülməsi beynəlxalq hüquqa ziddir və pislənilir.
arannews:parstoday-Xarici işlər nazirinin konsulluq, parlament və iranlıların məsələləri üzrə müavini Vahid Cəlalzadə X sosial şəbəkəsindəki istifadəçi hesabında yazıb: ABŞ-ın birtərəfli və qəddar sanksiyaları və bu qeyri-qanuni sanksiyalardan təsirlənən istənilən hərəkətləri, cümlədən qeyri-qanuni və qeyri-hüquqi sanksiyalardan yayınma bəhanəsi ilə iranlıların girov götürülməsi beynəlxalq hüquqa ziddir və pislənilir. Dünyanın istənilən yerində iranlıların hüquqlarını təmin etmək bizim borcumuzdur.İran şirkətinin təsisçilərindən olan Məhəmməd Abidini və Amerika yarımkeçirici istehsalı şirkətinin əməkdaşı Mehdi Sadiqi ABŞ-ın ixrac qanunlarını pozmaqda ittiham olunub. Amerika məhkəmə orqanları iddia edir ki, İrana göndərilən avadanlıq yanvarın 28-də İordaniyada 3 Amerika əsgərinin ölümü və 47 nəfərin yaralanması ilə nəticələnən pilotsuz təyyarə hücumunda istifadə olunub. İsveçrə və İran vətəndaşı olan Abidini ABŞ hökumətinin tələbi ilə İtaliyanın Milan şəhərində həbs edilib. Sadiqi də Massaçusetsdə yaşamış və həbs edilmiş İran əsilli Amerika vətəndaşıdır.