Xarici İşlər Nazirliyinin mətbuat katibi deyib: “Çox əvvəldən Suriya müxalifət hərəkatları ilə əlaqə saxlayırdıq və bildirdik ki, Suriyaya girişimizin səbəbi İŞİD-in irəliləməsinin və terrorun bölgə ölkələrinə yayılmasının qarşısını almaqdır. Amma Suriyadakı mövcud hakimiyyətlə birbaşa əlaqə yoxdur.”
arannews:parstoday-Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai bu gün bazar ertəsi, dekabrın 23-də səhər saatlarında jurnalistlərlə keçirdiyi həftəlik mətbuat konfransında həzrət Zəhranın (ə) mövludunu və Qadınlar Gününü təbrik edib, eləcə də həzrət Məsihin (ə) mövludu münasibəti ilə xristianları təbrik edib və deyib: “İran əleyhinə danışılan sözlər bizim üçün yeni deyil. Bu aktor qrupunun müxtəlif ölkələr arasında münasibətləri pozmaq cəhdi yeni bir şey deyil, amma yüksək rütbəli bir amerikalı rəsminin başqa ölkənin daxili işləri barədə belə asanlıqla danışması beynəlxalq qanunların və hüquqların açıq şəkildə pozulmasıdır.”Bəqai əlavə edib: “Amerika İrana və digər ölkələrə müdaxilələrinə görə cavab verməlidir. Bu məsələnin 29 mordad çevrilişindən, tətbiq edilən müharibədən, Airbus sərnişin təyyarəsinin vurulmasından və onilliklər ərzində İrana təzyiq etmək üçün tətbiq edilən qeyri-qanuni müdaxilələr və sanksiyalardan tarixi kökləri var.”Mətbuat katibi deyib: “Çox əvvəldən Suriya müxalifət hərəkatları ilə əlaqə saxlayırdıq və bildirdik ki, Suriyaya girişimizin səbəbi İŞİD-in irəliləməsinin və terrorun bölgə ölkələrinə yayılmasının qarşısını almaqdır. Həmçinin Suriyada siyasi proseslərin irəliləməsinə kömək etdik. Bu fəaliyyətlərdən əvvəl biz bu müxalifət qruplarının bəziləri ilə əlaqə saxlayırdıq, lakin Suriyadakı hazırkı hakimiyyətlə birbaşa əlaqəmiz yoxdur.”Bəqai açıqlamasının davamında bildirib: “2007-ci ildən Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası sionist rejiminə ekoloji məsələlərə əməl etmək məsuliyyətini xatırladıb. Digər məsələ Fələstin xalqının öz torpaqlarının təbii sərvətlərinə sahiblik hüququdur. Fələstinin yeraltı sərvətləri hücuma məruz qalıb. Son qətnamə də Fələstin xalqının öz müqəddəratını təyinetmə hüququnun çərçivəsi ilə bağlıdır.” Xarici İşlər Nazirliyinin sözçüsü Azərbaycan Respublikasının D-8 iqtisadi təşkilatına üzvlüyü ilə bağlı bildirib: Biz qonşuluq siyasəti çərçivəsində Azərbaycan Respublikasının D-8 təşkilatına üzv olmaq istəyini dəstəklədik və ümid edirik ki, bu ölkənin D-8 təşkilatında olması İslam ölkələri arasında əlaqələrin inkişafına və möhkəmlənməsinə kömək edəcək.