İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandanı general-mayor Hüseyn Səlami Yəmən xalqının müqavimətini yüksək qiymətləndirib və deyib: Yəmənlilər Fələstini layiqincə müdafiə edirlər və nəticədə qalib gələcəklər.
arannews:irna-İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandanı, general-mayor Hüseyn Səlami “Əl-Məsirə” telekanalına müsahibəsində vurğulayıb: Yəmənlilər indiyə qədər izzət və şərəflə müqavimət göstərdikləri kimi, Allahın lütfü ilə müqavimətlərini davam etdirəcək və sonda qalib gələcəklər. O əlavə edib: Müqavimət zəifləməyib və hər kəs yəmənlilərin Fələstini layiqincə necə müdafiə etdiyini və hər cümə günü Qəzzəyə dəstək yürüşü keçirdiklərinin şahididir.