İran İslam Respublikasının Omandakı səfiri Oman Sultanlığının xarici işlər nazirinin Tehrana səfərinin gözlənildiyini açıqlayıb.
arannews:parstoday-İranın Omandakı səfiri Musa Fərhəng X sosial şəbəkəsindəki şəxsi səhifəsində yazıb: Yeni il ərəfəsində və regional hadisələrin qızğın çağında Oman Sultanlığının xarici işlər nazirinin Tehrana səfəri ilə tezliklə Tehran-Məsqət münasibətlərinin yeni mərhələsinin və İran və onun qonşuları arasında regional əməkdaşlığın yeni mərhələsinin şahidi olacağıq. İran və Oman, etimad və dürüstlüyə əsaslanan yaxşı münasibətlər modelidir.