Tarix : 2008 Aug 13
Kod 6518

TSXİNVALİDƏ KOMENDANT SAATI ELAN EDİLDİ

Kommendant saatı elan edilməsinin səbəbi gürcü diversant- terrorçuların şəhərdə insident və ya qarışıqlıq törətməsinə maneə yaratmaqdır
Gürcüstan Servisi/Aran Agentliyi
Tsxinvalidə Kommendant saatı elan edilib.

İslam-Azeri-nin Osinform-a istinadlı xəbərinə görə dünəndən etibarən Cənubi Osetiyanın paytaxtı Tsxinvalidə saat 19:00-dan 06:00 kimi Kommendant saatı elan edilib.

Osetin mənbələrinin verdiyi məlumatlara görə Kommendant saatı elan edilməsinin səbəbi gürcü diversant- terrorçuların şəhərdə insident və ya qarışıqlıq törətməsinə maneə yaratmaqdır.

Həmin mənbələrin verdiyi məlumata görə şəhərdə 18 nəfərlik iki dəstə artıq həbs edilib.
  • Yazılıb
  • da (də) 2008 Aug 13