Tarix : 2008 Aug 13
Kod 6519

Sarksiyan Az.R. prezidentini təbrik edib

Ermənistan prezidenti Az.R prezidentini azəri güləşçinin erməni rəqibinə qələbə çalması münasibəti ilə təbrik edib
Azərbaijan Servisi/Aran Agentliyi

Ermənistan prezidenti Az.R prezidentini azəri güləşçinin erməni rəqibinə qələbə çalması münasibəti ilə təbrik edib. Müxbirimizin verdiyi məlumata əsasən, bu iki güləşçinin rəqabət etdikləri zaman Az.R ilə Ermənistanın prezidentləri İlham Əliyev və Serj Sarksiyan müsabiqə zalının rəsmi qonaqlar bölməsindəki özəl yerdə idilər. Bu iki güləşçinin müsabiqəsinin sona çatması və azəri güləşçinin zəfər çalması ilə Ermənistan prezidenti Serj Sarksiyan Az.R-nın prezidenti İlham Əliyev ilə əl verərək bu zəfər münasibəti ilə onu və Az.R. xalqını təbrik edib. İlham Əliyev də erməni həmkarına təşəkkür edib. Bu kadrların Az.R-nın dövlət televiziyasından yayılması, bu ölkə xalqının arasında geniş əks-səda doğurub. Bakı rəsmilərinin düşmənçilik jestlərinə rəğmən onların Ermənistanın rəsmi şəxsləri ilə dostluq əlaqələri inkar edilməzdir. Son zamanlarda Tehranda Bloqlara Qoşulmayan Ölkələr Hərəkatı iclası kənarında da Az.R-nın Ermənistanın nümayəndələri ilə davranışı çox səmimicəsinə idi.

  • Yazılıb
  • da (də) 2008 Aug 13