Tarix : 2025 Jan 11
Kod 65200

Fəcr ongünlüyündə Pars 2 peykinin nümayişi - Pars 3 hazırlanır

İran Kosmik Təşkilatının rəhbəri “Pars 3” peykinin hazırlanmasının davam etdiyini bəyan edərək deyib: “4 metrdən daha yüksək dəqiqliklə qara-ağ təsvir qabiliyyətinə malik olan və SAİran şirkəti tərəfindən istehsal olunan Pars 2 sensor peyki Fəcr ongünlüyündə təqdim olunacaq.”
arannews:irna-Həsən Salariyə İRNA-nın iqtisadi sahə üzrə müxbiri ilə müsahibədə 14 Bəhmən (2 fevral) Kosmik Texnologiyalar Günündə baş tutacaq təqdimat mərasimi ilə bağlı deyib: “Pars 2 peyki 4 metrdən daha yaxşı dəqiqliklə rəngli təsvir və 8 metrdən daha yaxşı dəqiqliklə ağ-qara təsviri çəkə bilən kamerası olan sensor peykdir.” 

“Pars 1 peykinin daha təkmil nəsli olan və daha geniş imkanlara malik olan bu peyk Fəcr ongünlüyündə Kosmik Texnologiyalar Günündə təqdim ediləcək.”

  • Yazılıb
  • da (də) 2025 Jan 11
  • Göndərən رضا رستمی