Russia Servisi/Aran Agentliyi
"Yeni Şərq"in dünya KİV-inə istinadən verdiyi məkumata əsasən, ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından olan namizəd Con Makkeyn Gürcüstan prezidenti Mixail Saakaşviliyə zəng edib. Makkeyn “Fox News” telekanalına müsahibəsində gürcü xalqına dəstəyini ifadə edib: “Saakaşviliyə dedim ki, indi hamımız gürcüyük”.
Makkeyn Rusiyanın “Böyük 8-lik”dən xaric olunmasının vacibliyini vurğulayıb: “Rusiya göstərdi ki, “Böyük 8-liy”in prinsiplərinə riayət edə bilmir”. Prezidentliyə namizəd seçkilərdə qələbə qazanarsa, Gürcüstanın NATO-ya üzvlüyə qəbul olunması üçün əlindən gələni edəcəyini bildirib.