Tarix : 2008 Aug 13
Kod 6522

ŞEVARNADZE SAAKAŞVİLİNİN ''ÖLÜMCÜL SƏHV'' ETDİYİNİ BİLDİRİB

Hal hazırda vəziyyət çox qarışıqdır və necə həll olunacağı bəlli deyil
Gürcüstan Servisi/Aran Agentliyi
Gürcüstanın eks prezidenti Eduard Şevardnadze gürcü qoşunlarının Tsxinvaliyə yeridilməsini “ölümcül səhv” adlandırıb.

İslam-Azeri-nin Lenta-ya istinadlı məlumatına görə Eduard Şevardnadze Almaniyanın “Bild” qəzetinə müsahibəsində hərbi əməliyyatın çox pis hazırlandığını söyləyib: “Gürcüstan Tsxinvaliyə bu cür hazırlıqsız girməməliydi. Bu, ölümcül səhv idi”.

Eduard Şevardnadze:"Hal hazırda vəziyyət çox qarışıqdır və necə həll olunacağı bəlli deyil" .

Eduard Şevardnadze, M. Saakaşvili və onun Qərbdəki tərəfdaşlarının apardığı danışıqlar bölgədə münaqişəyə son qoyacağına ümid etdiyini bildirib.

Eduard Şevardnadze 1985-1990 illərdə SSRİ-nin Xarici İşlər naziri vəzifəsində işləmiş və 1995-ci ildən etibarən Gürcüstan prezidenti kimi fəaliyyət göstərib. 2003-cü ildə Qərbin dəstəyi ilə qızıl gül inqilabı ilə o devrilərək Mixayil Saakaşvilinin dəstəsi bu posta gətirilib.
  • Yazılıb
  • da (də) 2008 Aug 13