Tarix : 2025 Jan 22
Kod 65221

Ermənistan Xarici İşlər naziri: Region ölkələri Rusiya və İranın əməkdaşlığından faydalanır

Ermənistanın Xarici İşlər naziri Tehran və Moskva arasında hərtərəfli strateji sazişin imzalanmasına toxunaraq deyib: “İndi Rusiya Federasiyası İranla çox yaxşı əməkdaşlıq edir; düşünürəm ki, bu əməkdaşlıqdan regionun bütün ölkələri faydalanacaq.”
arannews:irna-Ararat Mirzoyan bu sözləri çərşənbə günü Rusiya Xarici İşlər naziri Sergey Lavrovla birgə mətbuat konfransında və İran İslam Respublikasının Prezidenti doktor Məsud Pezeşkiyanın 17 yanvar 2025-ci ildə Moskvaya səfərindən sonra deyib. Bu səfər zamanı prezidentlər tərəfindən Tehran və Moskva arasında hərtərəfli strateji saziş imzalandı.

 

Mirzoyan həmçinin deyib: “Ermənistanın da İranla mehriban qonşuluq və əməkdaşlıq münasibətləri vardır.”

  • Yazılıb
  • da (də) 2025 Jan 22
  • Göndərən رضا رستمی