Ermənistanın Xarici İşlər naziri Tehran və Moskva arasında hərtərəfli strateji sazişin imzalanmasına toxunaraq deyib: “İndi Rusiya Federasiyası İranla çox yaxşı əməkdaşlıq edir; düşünürəm ki, bu əməkdaşlıqdan regionun bütün ölkələri faydalanacaq.”
arannews:irna-Ararat Mirzoyan bu sözləri çərşənbə günü Rusiya Xarici İşlər naziri Sergey Lavrovla birgə mətbuat konfransında və İran İslam Respublikasının Prezidenti doktor Məsud Pezeşkiyanın 17 yanvar 2025-ci ildə Moskvaya səfərindən sonra deyib. Bu səfər zamanı prezidentlər tərəfindən Tehran və Moskva arasında hərtərəfli strateji saziş imzalandı.
Mirzoyan həmçinin deyib: “Ermənistanın da İranla mehriban qonşuluq və əməkdaşlıq münasibətləri vardır.”