SEPAH Hərbi Dəniz Qüvvələrinin Böyük Peyğəmbər-19 iqtidar təliminin son günündə Qaim və Almas süni intellektlə işləyən raketlər qabaqcıl Muhacir-6 və Əbabil-5 pilotsuz təyyarələrindən atılıb və şərti düşmənin hədəflərini uğurla məhv edib.
arannews:irna-Böyük Peyğəmbər-19 təliminin ikinci günü Fars körfəzinin şimal və mərkəzi ərazilərində keçirilib. SEPAH Hərbi Dəniz Qüvvələrinin komandanı admiral Əlirza Təngsiri SEPAH Hərbi Dəniz Qüvvələrinin sistem və avadanlıqlarının optimallaşdırılmasını bəyan edərək deyib: “SEPAH Hərbi Dəniz Qüvvələri elit və sadiq gənclərə güvənərək Muhacir 6 və Əbabil 5 pilotsuz təyyarələrini Qaim və Almas süni intellekt raketləri ilə təchiz edib.”
SEPAH Hərbi Dəniz Qüvvələrinin komandanı deyib: “Bu təlimdə Şəhid Süleymani strateji gəmidən Nəvvab müdafiə raketinin buraxılması, SEPAH-ın komandolarının amfibiya əməliyyatları, ballistik və sahil-dənizə raketləri atmaq, bir anda 200 səviyyəli atəş, düşmən uçuş texnikalarını vurmaq kimi əməliyyatlar Kövsər 222 raketləri və dəniz qanadlı raketlərinin atışları ilə həyata keçirilib.”