Azərbaycan Ermənistana qarşı daha çox təcavüz planlaşdırır ki, bu da İsrailin maraqlarına uyğun deyil.
arannews:parstoday-Bu cümlələr sionist Jerusalem Post qəzetinin son məqaləsində yer alıb. Qəzet bununla əlaqədar Təl-Əviv rejiminə xəbərdarlıq edib ki, İsrail tərəfdaşını yəni Azərbaycan Respublikasını belə bir ciddi səhvdən çəkindirməlidir. Azərbaycan rəhbərliyini təhqir edən məqalə müəllifi yazır: Hazırda İlham Əliyevin rejimi dünyanın ən avtoritar rejimlərindən biridir və son vaxtlar Azərbaycan öz iddialarının Ermənistanın suveren ərazisinə də uzandığını göstərib. Söhbət Ermənistanın cənubundakı Sünik bölgəsində yerləşən, Zəngəzur dəhlizi adlanan ərazinin işğalından gedir”.
Jerusalem Post qeyd edir ki, Rusiyanın Ukraynaya hücumundan əvvəl Vladimir Putinin dilini xatırladan terminologiyadan istifadə edərək, Əliyev Ermənistanı 30 il ərzində faşist ideologiyasına sahib olmaqda və bölgə üçün təhlükə yaratmaqda ittiham edib.
Sionist qəzetin məqaləsində vurğulanır ki, Ermənistana qarşı belə bir addım sadəcə Əliyevin ərazi iddiasının davamı olmayacaq. Bu, həm də Ermənistanın suverenliyini, formalaşmaqda olan demokratiyasını pozacaq və regional tarazlığı kökündən dəyişdirəcək.