Aksiyaçılar Gürcüstan səfirliyi önünə çələng qoymaq istəyərkən polis müdaxilə edib
Turkyə Servisi/Aran Agentliyi
Türkiyədə yaşayan qafqaz əsilli bir qrup şəxs çərşənbə günü Gürcüstanın Ankaradakı səfirliyi qarşısında etiraz aksiyası keçirib. Bu barədə Türkiyənin Cihan Xəbər Agentliyi məlumat yayıb.
Aksiyada iştirak edən çərkəz, osetin, abxaz mənşəli şəxslər Gürcüstanı Osetiya və Abxaziyada «soyqırım» törətməkdə ittiham ediblər. Aksiyaçılar Gürcüstan səfirliyi önünə çələng qoymaq istəyərkən polis müdaxilə edib.