Tarix : 2025 Feb 03
Kod 65243

Xərrazi: Regional əməkdaşlıq sayəsində güclü regionun yaradılması mümkündür

Xarici Əlaqələr üzrə Strateji Şuranın sədri Azərbaycan Respublikası Prezidentinin xarici siyasət üzrə köməkçisi ilə görüşündə güclü regionun yaradılmasının regional əməkdaşlıqla mümkün olduğunu vurğulayaraq bildirib ki, İran İslam Respublikasının siyasəti hökumətlərin quruluşlarında fərqlərə baxmayaraq, regional əməkdaşlıqdır.
arannews:irna-Seyid Kamal Xərrazi 2 fevral bazar günü Azərbaycan Respublikası Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Hikmət Hacıyev ilə görüşündə Tehran-Bakı əlaqələrinin genişlənəcəyinə ümid etdiyini bildirərək deyib: “İnanırıq ki, Qafqaz regionu ölkələri öz ərazilərini müdafiə edəcək qədər yetkindirlər. Təcrübə göstərir ki, bir ölkədə xarici qüvvələrin olması mütləq həmin ölkəyə qarşı təcavüzün qarşısını almır. Biz Azərbaycan Respublikasının bu ölkədə xarici bazaların yaradılmasına qarşı çıxmasını alqışlayırıq.”

 

Xərrazi həmçinin Azərbaycan ilə Ermənistan arasında sülh danışıqlarını alqışlayaraq deyib: “Ümid edirik ki, bu danışıqlar iki ölkə arasında tam sülhün bərqərar olmasına gətirib çıxaracaq, Qafqazın inkişafı üçün Azərbaycan, Gürcüstan, Ermənistan, İran, Rusiya və Türkiyə arasında lazımi əməkdaşlıq həyata keçiriləcək.”

 

Xərrazi ölkələrin qonşularının həssaslığını nəzərə almalı olduğunu bəyan edərək sionist rejimin Azərbaycan Respublikasında mövcudluğundan narahatlığını bildirib.

  • Yazılıb
  • da (də) 2025 Feb 03
  • Göndərən رضا رستمی