Tarix : 2025 Feb 07
Kod 65251

General Baqiri: İran regionda böyük gücə çevriləcək

Silahlı Qüvvələrin Baş Qərargah rəisi deyib: “İran xalqına qarşı tətbiq edilən təzyiqlərə və sanksiyalara baxmayaraq, ölkə güclü şəkildə irəliləyir və regionda böyük gücə çevriləcək.”
arannews:irna-general-mayor Məhəmməd Baqiri cümə axşamı “Şəhid Bəhmən Baqiri” adlı çoxməqsədli gəminin SEPAH Hərbi Dəniz Qüvvələrinin tərkibinə daxil edilməsi mərasimində deyib: “İnqilabdan əvvəl İranın hərbi texnikasının doxsan faizindən çoxu xaricdən gətirilirdisə, hazırda bu texnikanın doxsan faizindən çoxu iranlı gənclər və alimlər tərəfindən istehsal olunur.”

Baqiri əlavə edib: “İranın hərbi nailiyyətləri misilsizdir, lakin ölkəmizin müstəqilliyi üçün müdafiə qüdrətimizi günü-gündən artırmalıyıq. Müdafiə və davamlı təhlükəsizlik Silahlı Qüvvələrin vəzifəsidir və onlar gecə-gündüz bu ağır məsuliyyətin fərqindədirlər və heç vaxt bu işdə səylərini əsirgəmirlər.”

Silahlı Qüvvələrin Baş Qərargah rəisi ölkənin coğrafi mövqeyi və dəniz inkişafı siyasətinə, açıq sularda milli maraqların qorunmasına da toxunaraq vurğulayıb: “Silahlı Qüvvələr təhlükəsizliyin təmin edilməsinə cavabdehdir.”

“Şahid Bəhmən Baqiri” adlı yeni gəmini təqdim edən Baş Qərargah rəisi bildirib ki, bu çoxməqsədli gəmi mobil baza rolunu oynayır və uzaq qlobal sularda mövcud ola bilərək İran xalqının maraqlarını qoruya bilər.

O, həmçinin İran Hərbi Dəniz Qüvvələrinin qonşu ölkələrlə əməkdaşlığına toxunub və dostluq əlaqələrini vurğulayaraq deyib: “Əcnəbilərin İranın ərazi sularında olduğu kimi, biz də beynəlxalq qanunlara uyğun olaraq, İranın təhlükəsizliyini və İranın gəmiçilik zolaqlarının tamamilə təhlükəsiz olmasını təmin etmək üçün uzaq sularda iştirak edəcəyik.”

  • Yazılıb
  • da (də) 2025 Feb 07
  • Göndərən رضا رستمی