Tarix : 2025 Feb 08
Kod 65254

İnqilabın Ali Rəhbəri HƏMAS-ın Rəhbərlik Şurasının rəhbəri və üzvləri ilə görüşdə: Qəzzə xalqının qələbəsi Amerika üzərində qələbə idi

İslam İnqilabının Ali Rəhbəri HƏMAS üzvləri ilə görüşündə deyib: “Siz sionist rejimi və əslində Amerikanı məğlub etdiniz, Allahın lütfü ilə onların heç bir məqsədlərinə çatmasına imkan vermədiniz.”
arannews:irna-Bu görüşün əvvəlində HƏMAS-ın Rəhbərlik Şurasının sədri cənab Məhəmməd İsmayıl Dərviş İslam İnqilabın Ali Rəhbərini Qəzzədə müqavimətin böyük qələbəsi münasibətilə təbrik edərək deyib: “Qəzzə müqavimətinin qələbə günlərinin İslam İnqilabının qələbəsinin ildönümü ilə üst-üstə düşməsini yaxşı əlamət hesab edirik. Ümid edirik ki, bu münasibət Qüdsün və Məscidül-Əqsanın azad edilməsinə yol açacaq.”

HƏMAS-ın Siyasi Ofisinin sədr müavini cənab Xəlil Ləhəyyə də deyib: “Biz bu gün başıuca olduğumuz bir halda Zati-aliləri ilə görüşə gəlmişik. Bu böyük qələbə bizim və İslam Respublikasının birgə qələbəsidir.”

Həzrət Ayətullah Xamenei bu görüşdə Qəzzə şəhidlərinin və şəhid komandirlərin, xüsusilə də şəhid İsmayıl Həniyyənin xatirəsini ehtiramla yad edib, HƏMAS liderlərinə deyib: “Allah-Təala sizə və Qəzzə xalqına şərəf və qələbə nəsib etdi və Qəzzəni bu ayənin: “Neçə dəfə olub ki, az bir dəstə Allahın izni ilə çox bir dəstəyə qalib gəlib” nümunəsi qərar verdi.

İslam İnqilabının Ali Rəhbəri vurğulayıb: “Siz sionist rejimi və əslində Amerikanı məğlub etdiniz, Allahın lütfü ilə onların heç bir məqsədlərinə çatmasına imkan vermədiniz.”

Həzrət Ayətullah Xamenei bildirib: “Bütün bu əzab-əziyyət və bahaların nəticəsi son nəticədə haqqın batil üzərində qələbəsi oldu. Qəzzə xalqı müqavimətə sadiq olan hər kəs üçün nümunə oldu.”

İslam İnqilabının Ali Rəhbəri HƏMAS müzakirəçilərinə minnətdarlığını bildirib, razılaşmanı böyük nailiyyət adlandıraraq deyib: “Bu gün bütün İslam dünyasının və bütün müqavimət tərəfdarlarının vəzifəsi Qəzzə xalqının əzablarını və dərdlərini yüngülləşdirməyə kömək etməkdir.”

İslam İnqilabının Ali Rəhbəri imanı düşmənə qarşı müqavimət cəbhəsinin əsas amili və bənzəri olmayan silahı hesab edərək deyib: “Məhz bu iman sayəsində İslam Respublikası və müqavimət cəbhəsi düşmənlər qarşısında özünü zəif hiss etmir.”

Ayətullah Xamenei ABŞ-ın İslam Respublikası və İran xalqına qarşı son təhdidlərinə toxunaraq vurğulayıb: “Bu cür təhdidlərin xalqımızın, vəzifəli şəxslərimizin, ölkə fəallarının, gənclərinin mentalitetinə heç bir təsiri yoxdur.”

“Fələstinin müdafiəsi və Fələstin xalqına dəstək məsələsi də İran xalqının şüurunda şübhə doğurmur” - deyə, o, əlavə edib.

Ali Məqamlı Rəhbər qeyd edib ki, Fələstin məsələsi bizim üçün əsas məsələdir və Fələstinin qələbəsi də bizim üçün qəti məsələdir.

Ayətullah Xamenei bəyan edib ki, hadisələr, eniş-yoxuşlar şübhə doğurmamalı, əksinə iman və ümid gücü ilə irəli getməli, ilahi yardıma ümid etməlidir.

İslam İnqilabının Ali Rəhbəri deyib: “Allahın lütfü ilə o gün gələcək ki, siz hamınız Qüds məsələsini İslam dünyası üçün qürurla həll etmiş olacaqsınız və o gün mütləq baş verəcək.”

Görüşdə HƏMAS Rəhbərlik Şurasının rəhbəri cənab Məhəmməd İsmayıl Dərviş, HƏMAS Siyasi Ofisinin sədr müavini Xəlil Ləhəyyə və İordan çayının qərb sahilində HƏMAS-ın rəhbəri Zahir Cəbbarin müqavimətin şəhid liderləri, xüsusilə də şəhidlər İsmayıl Həniyyə, Seyid Həsən Nəsrullah, Yəhya Sinvar və Saleh əl-Arurini ehtiramla yad ediblər, Qəzzə və İordan çayının qərb sahilindəki son vəziyyət, əldə edilən qələbələr və uğurlar, hazırkı vəziyyət haqqında məlumat təqdim edərək, İslam Respublikası və İran xalqının davamlı dəstəyinə görə minnətdarlıqlarını bildiriblər.

  • Yazılıb
  • da (də) 2025 Feb 08
  • Göndərən رضا رستمی