Tarix : 2025 Feb 10
Kod 65257

Əraqçi Qəzzanı etnik təmizləmək üçün Amerika-sionist sui-qəsdini pisləyib

İran İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçi İslam Əməkdaşlıq Təşkilatının baş katibi ilə söhbətində Qəzzanı etnik təmizləmə və fələstinliləri ölkədən çıxarmaq üçün Amerika-sionist sui-qəsdini pisləyib.
arannews:parstoday-Bazar günü gecə Əraqçi ölkəsi İslam Əməkdaşlıq Təşkilatına sədrlik edən Qambiyanın xarici işlər naziri Memdu Tanqara ilə işğal olunmuş Fələstin və Qəzzada baş verən son hadisələri müzakirə edib və fikir mübadiləsi aparıb.

Xarici işlər naziri bu telefon danışığında Qəzzanı etnik təmizləməyə və fələstinliləri öz vətənlərindən qovmağa yönəlmiş təhlükəli və cinayətkar Amerika-sionist sui-qəsdini pisləməklə yanaşı, bu qeyri-insani planı bütün beynəlxalq prinsip və qanunlara zidd hesab edib və beynəlxalq ictimaiyyətin buna qəti etirazının zəruriliyini vurğulayıb.

Qambiyanın xarici işlər naziri İran İslam Respublikasına Fələstin məsələsində göstərdiyi diqqətə görə təşəkkür edərək, ölkəmizin Xarici İşlər Nazirliyinin İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin xarici işlər nazirlərinin fövqəladə iclasının keçirilməsi ilə bağlı təklifini alqışlayıb. O, bununla bağlı İslam Əməkdaşlıq Təşkilatına üzv olan digər ölkələrlə məsləhətləşmələr aparacağını vurğulayıb.

  • Yazılıb
  • da (də) 2025 Feb 10
  • Göndərən رضا رستمی