Tarix : 2025 Feb 11
Kod 65259

İran Asiya Əməkdaşlıq Forumunun beynəlxalq təşkilata çevrilməsini dəstəkləyir

Xarici İşlər naziri Asiya Əməkdaşlıq Dialoq Forumunun baş katibi Nasir əl-Mutəyyiri ilə görüşündə İranın sammitin forumun beynəlxalq təşkilata çevrilməsinə yönəlmiş qərarını dəstəklədiyini bildirib.
arannews:irna-Asiya Əməkdaşlıq Dialoq Forumunun baş katibi Nasir əl-Mutəyyiri İranın Xarici İşlər naziri Seyid Abbas Əraqçi ilə görüşündə bu Asiya qurumu çərçivəsində əməkdaşlığın son vəziyyəti haqqında hesabat təqdim edib. 

O, bu forumun xarici işlər nazirlərinin Tehrandakı görüşü və forumun Doha sammitindən sonra baş verənləri müzakirə edib, İranın assambleyaya sədrliyi dövründəki rolunu yüksək qiymətləndirib və üzv dövlətlər arasında müxtəlif sahələrdə əməkdaşlığın gücləndirilməsində təşkilatın rolunun daha da fəallaşdırılması istiqamətində səyləri vurğulayıb.

Ölkəmizin Xarici İşlər naziri də bu görüşdə Asiya ölkələrinin hədəflərinin irəliləməsi üçün Asiya Əməkdaşlıq Forumu kimi əməkdaşlıq mexanizmlərinin vacibliyini vurğulayıb, İranın sammitin bu forumun beynəlxalq təşkilata çevrilməsi istiqamətində irəliləyiş qərarını dəstəklədiyini açıqlayıb, assambleyanın katibliyinin qərargahına evsahibliyi etdiyinə və göstərilən dəstəyə görə Küveyt hökumətinə minnətdarlığını bildirib.

  • Yazılıb
  • da (də) 2025 Feb 11
  • Göndərən رضا رستمی