Tarix : 2025 Feb 12
Kod 65261

Bakıda İslam İnqilabının 46-cı il dönümü qeyd olundu

Fevralın 10-da ölkəmizin Azərbaycandakı səfirliyi İslam İnqilabının 46-cı ildönümü münasibətilə rəsmi qəbul təşkil edib. Fevralın 10-da ölkəmizin Azərbaycandakı səfirliyi İslam İnqilabının 46-cı ildönümü münasibətilə rəsmi qəbul təşkil edib.
arannews:parstoday-Mərasimin əvvəlində İranın və Azərbaycanın Dövlət himnləri səsləndirilib.İranın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Seyid Cəfər Ağayi ölkəmizin inqilabdan sonrakı 46 ildə keçdiyi inkişaf yolundan danışıb, bu illər ərzində müxtəlif sahələrdə böyük uğurlar qazanıldığını vurğulayıb. O deyib: İran Azərbaycanın COP29-a ev sahibliyi etməsini, eləcə də Azərbaycanın D8 qrupuna üzv seçilməsini dəstəkləyir. Bu, iki ölkə arasında mövcud olan dostluğun bariz nümunəsidir.Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev qeyd edib ki, bu gün ikitərəfli əlaqələrimizin müxtəlif sahələrdə inkişaf dinamikası məmnunluq doğurur. Bununla yanaşı, bir çox istiqamətlərdə - iqtisadiyyat, nəqliyyat, ticarət, investisiya, energetika, neft-qaz, kənd təsərrüfatı, humanitar və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı perspektivlər mövcuddur.Rəsmi qəbulda dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş səfirləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
 
  • Yazılıb
  • da (də) 2025 Feb 12
  • Göndərən رضا رستمی