arannews:irna-Bu görüşdən əvvəl Ali Baş Komandan Ayətullah Xamenei ölkənin müdafiə sənayesindəki alim və mütəxəssislərin ən son nailiyyətlərini və imkanlarını özündə əks etdirən “İqtidar 1403” sərgisini bir saat müddətində ziyarət edib. Bu sərgidə qabaqcıl avadanlıq və onlarda istifadə olunan yeni texnologiyalar, hava hücumundan müdafiə sahələrində ballistik və qanadlı raketlər, ağıllı döyüş sursatları, kosmosa aid avadanlıq, pilotsuz uçuş aparatları və təyyarələr, dəniz və enerji qayıqları nümayiş etdirilirdi. Həzrət Ayətullah Xamenei sərgini ziyarət etdikdən sonra alimlərlə deyib: “Heç bir inqilabda xalq qırx altı ildən sonra öz inqilabının ildönümünü küçələrə çıxararaq qeyd etmir.”
İslam İnqilabın Ali Rəhbəri Prezidentin 22 Bəhmən mərasimində açıq və yolgöstərici fikirlərini xalqın böyük hərəkatının tamamlayıcısı adlandırıb, düşmənin amansız təbliğat bombardmanını və inqilab sahiblərinə, yəni “İran xalqına” və 22 Bəhmən qəhrəmanına, yəni “İmam Xomeyni”yə qarşı məkrli və yumşaq müharibəsinə toxunaraq deyib: “Belə bir şəraitdə xalq vaxtında və fürsəti tanıyan bir halda bütün şəhər və kəndlərdə küçələrə çıxdı, öz sözünü və mövqeyini bəyan etdi.”
Ali Məqamlı Rəhbər deyib: “Mən əziz gənclərə çox ümidvaram. Ümid edirəm ki, Allahın lütfü ilə Allahın rəhməti bu xalq üzərində genişlənəcək və bu müdrik, cəsur, şüurlu xalqı daha gözəl gələcək gözləyəcək.”
İslam İnqilabının Ali Rəhbəri bu görüşdən əvvəl ziyarət etdiyi sərgini ən yaxşı və ən görkəmli sərgilərdən biri hesab edib, müdafiə sənayesinin hər bir alim, mütəxəssis və məsul şəxsinin səylərinə görə dərin minnətdarlıq bildirərək deyib: “Xalq da bu bacarıqlı övladlarına minnətdar olmalıdır.”
O, deyib: “İranın müdafiə qüdrəti bu gün məşhurdur, İnqilabın dostları bununla fəxr edir, düşmənlər bundan qorxurlar. Bu fakt bir ölkə üçün vacibdir.”
Həzrət Ayətullah Xamenei bildirib: “İndi də həmin quldurlar İrana deyirlər ki, hərbi texnika satmayın. O “satmırıq”la bu “satmayın” arasında çox böyük məsafə vardır ki, alimlərin səyləri və gənc mütəxəssislərin bacarıqlı zehni sayəsində dolmuşdur.”
Ali Məqamlı Rəhbər müdafiə sahəsində əhəmiyyətli irəliləyişləri, xüsusən də düşmənlərin davam edən sanksiyalarına diqqət etməklə, fövqəladə hal kimi qiymətləndirərək deyib: “İranın müdafiə sənayesində şərait elədir ki, hər bir texnikanı bizə verməsələr, gənclər ən yaxşısını daxildə istehsal edirlər.”
Ali Baş Komandan çıxışının başqa bir hissəsində deyib: “Müdafiə sənayesindəki irəliləyişlər bizim dünyada müdafiə gücümüzü yüksəldib, lakin bu, dayanmaq və mövcud vəziyyətlə kifayətlənmək mənasına deyil, çünki biz işi sıfırdan başladıq, çoxlu səylərimizə və nailiyyətlərimizə baxmayaraq, bir çox hallarda hələ də ön sıralardan uzağıq.”
İslam İnqilabının Ali Rəhbəri hərbi ön cəbhəyə yanaşmalarını Qurani-Kərimin “Onlara qarşı bacardığınız qədər qüvvə hazırlayın” - yəni, düşmənə qarşı maksimum və davamlı hazırlıq - göstərişindən götürüldüyünü və bunun ölkəni bədxahlar qarşısında müdafiə etməyin zərurətini çatdırdığını bəyan edərək deyib: “Bütün hərbi sektorlarda irəliləyiş davam etməlidir. Məsələn, əgər biz nə vaxtsa raketlər üçün müəyyən səviyyəli dəqiqlik təyin etmişiksə və bu gün onu artırmaq lazımdırsa, bunu etmək lazımdır.”
İslam İnqilabının Ali Rəhbəri sonra deyib: “Təşəbbüs və yeniliyin sonu yoxdur. Təbii ki, yenilik başqalarının işini qurmaq və ya tamamlamaq bacarığı demək deyil, əslində, görülməmiş işin sorağına getmək, təbiətdəki naməlum imkanları aktuallaşdırmaqdır. Necə ki, elektrik enerjisinin, internetin və süni intellektin kəşfi elmin dünyaya yeni qapılarını açdı.”