Tarix : 2025 Feb 13
Kod 65264

İran-Azərbaycan birgə hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə olundu

Pakistanın Kəraçi şəhərində keçirilən "AMAN-25" çoxmillətli dəniz təlimi və "AMAN" Dialoqu çərçivəsində Azərbaycan Hərbi Dəniz Qüvvələri (HDQ) komandanının birinci müavini - qərargah rəisi birinci dərəcəli kapitan Mürşüdov Teymur İran İslam Respublikası HDQ komandanı kontr-admiral Şəhram İrani ilə görüşü baş tutub.
arannews:parstoday-Görüş zamanı hər iki ölkənin regional maraqlarını özündə cəmləşdirən Xəzər dənizi təhlükəsizliyinin təmin edilməsi üçün Azərbaycan-İran hərbi dənizçiləri arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib, həmçinin qarşılıqlı təcrübə mübadiləsi məqsədilə dəniz sularında birgə təlimlərin keçirilməsinin zəruriliyi xüsusi vurğulanıb.Görüş zamanı tərəflər, həmçinin qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər haqda ətraflı fikir mübadiləsi də aparıblar.
 
  • Yazılıb
  • da (də) 2025 Feb 13
  • Göndərən رضا رستمی