Tarix : 2025 Feb 15
Kod 65268

Avropa "Nardaran" işi üzrə Azərbaycanı qınadı

Avropa İnsan Hüquqları Məhkəməsi Nardaran hadisəsində saxlanılan şəxslərin hüquqlarının Azərbaycan hökuməti tərəfindən pozulduğunu təsdiqləyib.
arannews:parstoday-'Bağırzadə və digərlərinin Azərbaycan Respublikasına qarşı' işində, iddiaçılar Müsəlman Birliyi Hərəkatının rəhbəri Talih Baqırzadə, Zülfüqar Mikayılov və Elman Ağayev məhkəmədən öncə həbsdə olduqları dövrdə hüquqlarının pozulduğunu iddia ediblər.

Bu işə əsasən, Taleh Bağırzadə və Zülfüqar Mikayılov 26 noyabr 2015-ci ildə, Elman Ağayev isə 29 noyabrda ağır cinayətlərdə ittiham olunaraq həbs ediliblər.

Azərbaycan Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun birgə bəyanatında, onların silahlı cinayətkar qrup yaratmaq və dövlətin qanuni quruluşunu dəyişmək və şəriət qanunlarına əsaslanan dini dövlət yaratmaq cəhdində ittiham edildikləri bildirilib.

Bakı Nəsimi və Nərimanov rayon məhkəmələri bu şəxslər üçün həbs qətiimkan tədbiri seçib, daha sonra ilkin instansiya məhkəmələri həbs müddətini uzadıblar.

Avropa İnsan Hüquqları Məhkəməsi yerli məhkəmələrin həbs müddətinin uzadılmasında əsassız ifadələrdən istifadə etdiyini və ilkin həbs səbəblərini təkrarlamaqla kifayətləndiyini qeyd edərək, bu şəxslərin həbs müddətinin uzadılmasının kifayət qədər əsaslı və ağlabatan səbəblərə əsaslanmadığını bildirib.

Şikayətçilərin həbs müddətinin uzadılmasının kifayət qədər əsaslı və əlaqəli səbəblərə malik olmadığı, eləcə də onların zaminə buraxılması və ya ev həbsinə alınması tələblərinin rədd edilməsi ilə bağlı apellyasiya şikayətləri də rədd edilib.İlk instansiya və apellyasiya məhkəmələrinin iclasları boyunca, bu şəxslər məhkəmə zalında dəmir qəfəslərdə saxlanılıb.

  • Yazılıb
  • da (də) 2025 Feb 15
  • Göndərən رضا رستمی