Sionist rejim Qahirə ilə Təl-Əviv arasında müharibə olacağı təqdirdə Misirdəki mühüm bəndi hədəfə alacağını dolayısı ilə bəyan etdikdən sonra Misir parlamentinin bir üzvü buna sərt reaksiya verib.
arannews:parstoday-Təhlilçi və Misir parlamentinin üzvü Mustafa Bəkri sionist rejimin Qəzza müharibəsi səbəbilə Qahirə ilə Təl-Əviv arasında gərginliyin ortasında əl-Ali bəndini hədəfə alacağı ilə dolayı hədə-qorxu gəldiyinə işarə edərək dedi: Əgər İsrail bu addımı atsa, misirlilər ertəsi gün Təl-Əvivə çatacaqlar. Bəkri vurğuladı: Siz Misir ordusunu yaxşı tanımırsınız. Qüvvələrinizə baxın, HƏMAS və Fələstin döyüşçülərinin əli ilə onların başına nə gəldi.
O, xəbərdarlıq etdi: Kim Misirə yaxınlaşsa, ayağını kəsəcəyik. Misirin qatlanacağını və Təl-Əvivdən bir təyyarənin qalxaraq Asvana çatacağını düşünürsünüz. Bir İsrail mediası Misirlə qaçılmaz münaqişə barədə məlumat yayıb və mən onlara deməliyəm ki, Misir həmişə hazırdır.