Tarix : 2025 Feb 18
Kod 65272

Arif İran-Tacikistan Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının gücləndirilməsinin vacibliyini vurğuladı

Birinci vitse-prezident İran-Tacikistan Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının gücləndirilməsinin zəruriliyi və əhəmiyyətini vurğulayaraq deyib: “Bu komissiya münasibətlərin səviyyəsini yüksəltmək və mübadilə səviyyəsini indiki vəziyyətdən dəfələrlə artırmaq məqsədi ilə Tehran-Düşənbə əməkdaşlığının inkişafı üçün hərtərəfli strateji plana əməl etməlidir ki, beləliklə iqtisadi və ticarət əlaqələr siyasi əlaqələr ilə birlikdə genişlənsin.”
arannews:parstoday-Məhəmmədrza Arif 17 fevral bazar ertəsi Tacikistanın Baş naziri Qahir Rəsulzadə ilə keçirdiyi birgə mətbuat konfransında iki ölkə arasında siyasi əlaqələrin mümkün olan ən yaxşı vəziyyətdə olduğunu bəyan edərək deyib: “Doktor Pezeşkiyanın ötən ay Tacikistana yaddaqalan, tacik xalqı və hökumətinin yüksək qonaqpərvərliyi ilə müşayiət olunan səfəri zamanı iki ölkə liderləri arasında əməkdaşlığın hərtərəfli inkişafı üçün strateji sazişlər təsdiqləndi və imzalandı. Bu gün həmin səfərin davamı olaraq əməkdaşlıq strategiyaları, əməliyyat və icra məsələləri müzakirə edildi və fikir mübadiləsi aparıldı.”

Birinci vitse-prezident Tacikistan Baş nazirinin səfərinin məqsədlərini izah edərək deyib: “Bu səfər zamanı ikitərəfli görüşdən əlavə, Tacikistan nümayəndə heyəti ertəsi gün keçiriləcək Xəzər Dənizi Hövzəsi Sammitinə xüsusi qonaq qismində dəvət olunub.”

İran və Tacikistan iqtisadiyyatlarının bir-birini təkmilləşdirə və bir-birinin ehtiyaclarını təmin edə biləcəyini diqqətə çatdıran Arif, iki ölkənin özəl sektorlarının varlığının və iştirakının zəruriliyini qeyd edərək deyib ki, biz İran və Tacikistanda özəl sektoru aktivləşdirməyə çalışmalıyıq. Hökumətlər bu məsələdə isləri asanlaşdırmağa səy etməlidirlər, həmçinin vizaların ləğvindən sonra İran və Tacikistan arasında ümumi camaatın və iqtisadi fəalların gediş-gəlişi asanlaşdırılıb.

  • Yazılıb
  • da (də) 2025 Feb 18
  • Göndərən رضا رستمی