Tarix : 2025 Mar 03
Kod 65285

İran Prezidenti Ramazan ayının gəlişi münasibətilə İslam ölkələrinin başçılarını və xalqını təbrik edib

Məsud Pezeşkiyan İslam ölkələrinin rəhbərləri və xalqını mübarək Ramazan ayının gəlişi münasibətilə təbrik edib və ümidvarlıq ifadə edərək bildirib: “Bu ayın bərəkəti ilə İslam ölkələri arasında əməkdaşlığın genişlənməsinin şahidi olaq.”
arannews:irna-Məsud Pezeşkiyan İslam ölkələrinin rəhbərlərini və xalqını mübarək Ramazan ayının gəlişi münasibətilə təbrik etməklə yanaşı, bu ayı insanın və dünyanın yaradılışı haqqında daha çox düşünmək, insanı tərbiyə edən ilahi əmrlərə əməl etmək, yoxsullara daha çox kömək əlini uzatmaq üçün dəyərli fürsət hesab edib və ümidvarlıq ifadə edərək deyib: “Bu əziz ayın xeyir-bərəkəti və İslam ölkələri rəhbərlərinin kollektiv səyləri ilə İslam ölkələri arasında əməkdaşlığın genişlənməsinə və möhkəmlənməsinə, Fələstin xalqının, o cümlədən əziz Qəzzə və Livanın zülmə məruz qalmış insanlarının əzablarını yüngülləşdirmək üçün daha böyük səylərə şahid olaq.”
  • Yazılıb
  • da (də) 2025 Mar 03
  • Göndərən رضا رستمی