Tarix : 2025 Mar 03
Kod 65286

Ali Məqamlı Rəhbər: Quranda dünya hökmranları ilə necə davranmaq barədə göstərişlər var

İslam İnqilabının Ali Rəhbəri Qurani-kərimlə ünsiyyət toplantısındakı çıxışında vurğulayıb: “Bu gün İran xalqı kafir və ya münafiq hökmranların geniş cəbhəsi ilə üzləşib. Quranda bunlarla necə davranmaq barədə göstərişlər var.”
arannews:irna-Mübarək Ramazan ayının ilk günü, 2 martda İslam İnqilabının Ali Rəhbəri Ayətullah Xameneinin iştirakı ilə İmam Xomeyni (r) Hüseyniyyəsində Quranla ünsiyyət toplantısı keçirilib.

Bu mərasimdə ölkənin seçilmiş və yüksək yerlər tutmuş qariləri, hafizləri və Quran alimlərindən ibarət bir qrup Qurani-kərimdən ayələr oxuyub.

Ali Məqamlı Rəhbərin bu mərasimdəki çıxışlarının ən mühüm mövzularından bəziləri aşağıdakılardır:

- Şəxsi həyatımızda, kollektiv həyatımızda, əxlaqımızda, bir-birimizlə münasibətimizdə problemlər var və bu problemlər Quranla həll oluna bilər. Quran bizə yol göstərə və əlimizdən tuta bilər.

- Bu gün İran xalqı kafir və ya münafiq hökmranların geniş cəbhəsi ilə üzləşib. Onlarla necə davranaq? Quranda bunlarla necə davranmaq barədə göstərişlər var.

- Sosial ədalət sahəsində problemlərimiz var, həlli Qurandır.

- Quran həm yolu göstərir, həm də motivasiya verir.

- Quran ayələrini oxumaq nəfsi paklayır.

- Bilin ki, qiraət zamanı Allahın hüzurundasınız; Qurani-kərimi onun mənasına diqqət etməklə oxuyun.

 

  • Yazılıb
  • da (də) 2025 Mar 03
  • Göndərən رضا رستمی