Rusiyanın Vyanadakı səfiri və beynəlxalq təşkilatlardakı daimi nümayəndəsi Birgə Hərtərəfli Fəaliyyət Planının avropalı üzvlərinin inkarçılığını tənqid edərək deyib: İrana qarşı sonsuz iddialar irəli sürmək və hərbi güc tətbiq etməklə hədələmək tamamilə qəbuledilməzdir.
arannews:irna-Mixail Ulyanov çərşənbə axşamı Beynəlxalq Atom Enerjisi Agentliyinin Rəhbərlər Şurasının iclasında əlavə edib: BHFP mürəkkəb diplomatik kompromislərin nəticəsidir və tərəflərin öhdəlikləri pozulmamalı olan dəqiq maraqlar balansına əsaslanır. Bu məqsədlə tərəflərin hər biri üçün müdafiə mexanizmləri bu müqaviləyə daxil edilmişdir. Yüksək səviyyəli rusiyalı diplomat davam etdi: Amerikanın maksimum təzyiq siyasətinə cavab olaraq, İran son dərəcə səbir göstərdi və bu proses 2021-ci ilin fevralında dayandırılana qədər bir il ərzində BHFP, Təhlükəsizlik Müqaviləsinə Əlavə Protokol və Məcəllənin 3.1-ci düzəlişindən irəli gələn öhdəliklərinə əməl etməyə davam etdi. Tehran yaranmasında heç bir rolu olmayan böhranın diplomatik yolla həlli üçün hər cür səy göstərdi.
Ulyanov daha sonra bu sualı qaldırdı: “Belə bir vəziyyətdə Tehranın BHFP-da nəzərdə tutulan müdafiə mexanizmlərindən istifadə etməsi haqlıdırmı?" Cavabında o, vurğuladı: “Bizim fikrimizcə, cavab şübhəsiz müsbətdir”.