İslam İnqilabının Ali Rəhbəri vurğulayıb: “Bəzi zorakı hökumətlərin müzakirəyə israrları problemləri həll etmək üçün deyil, ağalıq etmək və öz gözləntilərini tətbiq etmək üçündür. İran İslam Respublikası onların gözləntilərini qətiyyən qəbul etməyəcək.”
arannews:irna-Həzrət Ayətullah Xamenei bu gün, martın 8-də hökumət başçısı, Məhkəmə Sisteminin sədri, İslami Şura Məclisinin sədri və ölkə rəsmiləri ilə görüşündə şəhid Rəisinin xatirəsini ehtiramla yad edib, bu görüşün əvvəlində Prezidentin çıxışına işarə edərək deyib: “Prezident geniş, yaxşı, faydalı açıqlamalar verdi. Diqqətimi çəkən və bunu ona dəfələrlə də demişəm, onda mövcud olan motivasiyadır. Bu motivasiya və hiss çox dəyərlidir.” Ali Məqamlı Rəhbər əlavə edib: “Onun “bacararıq, mütləq edəcəyik, izləyəcəyik, Allaha arxalanırıq, Allahdan başqasına arxalanmırıq” baxışları çox dəyərlidir. İnşallah, Allahın köməyi ilə bu işi həyata keçirə biləcək.”
İslam İnqilabının Ali Rəhbəri çıxışının başqa bir hissəsində vurğulayıb: “Qərb mədəniyyətinin əsasları İslamın əsaslarına ziddir və biz onun ardınca gedə bilmərik. Biz dünyanın istənilən yerində hər bir üstünlükdən yararlana bilərik və istifadə etməliyik, amma əsaslar baxımından biz Qərb mədəniyyətinin əsaslarına arxalana bilmərik.”
“Qərbdə ikili standartlar həqiqətən Qərb mədəniyyəti üçün biabırçılıqdır. Bu ikili standarta misal olaraq informasiyanın sərbəst axını iddiasını göstərmək olar” - deyə, o, qeyd edib.
Həzrət Ayətullah Xamenei deyib: “Qərb kiberməkan aparatında Hacı Qasım, Seyid Həsən Nəsrullah və şəhid Həniyyənin adlarını çəkə və Hitler Almaniyasının yəhudilərə qarşı törətdiyi iddiaları inkar edə bilərsinizmi?”
Ali Məqamlı Rəhbər bildirib: “Avropalıların İranın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi ilə bağlı iddiası çox zorakı sözdür.”
Ali Məqamlı Rəhbər avropalılara xitabən deyib: “Həyasızlığın da həddi var.