Tarix : 2025 Mar 13
Kod 65297

İran və Belarus müdafiə sahəsində əməkdaşlıq sənədi imzaladı

İran və Belarusun müdafiə nazirləri müdafiə sahəsində əməkdaşlıq sənədi imzalamaqla yanaşı, ortaq təhlükəsizlik məsələlərini nəzərdən keçirib, ikitərəfli münasibətlərin dərinləşdirilməsi yollarını müzakirə edib və fikir mübadiləsi aparıblar.
arannews:irna-İran İslam Respublikasının Müdafiə və Silahlı Qüvvələrə Dəstək naziri, general-mayor Əziz Nəsirzadə Belarusun Müdafiə naziri general Viktor Xronin ilə görüşündə regional sülh və sabitliyin möhkəmləndirilməsini və müdafiə diplomatiyasının inkişaf etdirilməsini vurğulayıb.

İki ölkə arasında hərbi və müdafiə sahəsində əməkdaşlığı genişləndirmək məqsədilə keçirilən bu görüşdə tərəflər ortaq təhlükəsizlik məsələlərini nəzərdən keçirib, ikitərəfli münasibətlərin dərinləşdirilməsi yollarını da müzakirə edib və fikir mübadiləsi aparıblar.

Bu görüşdə İranın Müdafiə naziri müdafiə sahəsində əməkdaşlığın, xüsusilə beynəlxalq təşkilatların imkanlarından, əsasən də iki ölkənin Şanxay Əməkdaşlıq Təşkilatındakı mövcudluğundan istifadə etməklə, ortaq təhdidlərlə mübarizədə və təkqütblülüyə qarşı mübarizədə əməkdaşlığın vacibliyinə diqqət çəkib, bu sənədin imzalanmasını Tehran və Minsk arasında müdafiə və təhlükəsizlik sahəsində qarşılıqlı əlaqələrin gücləndirilməsində effektiv addım hesab edib.

  • Yazılıb
  • da (də) 2025 Mar 13
  • Göndərən رضا رستمی