arannews:irna-Həzrət Ayətullah Xamenei çərşənbə axşamı ölkənin bir qrup tələbə və tələbə təşkilatlarının fəalları ilə görüşündə deyib: “Bunun mənası odur ki, biz müzakirə adamlarıyıq, danışıqlar aparmaq və sülh istəyirik, lakin İran buna razı deyil.” İslam İnqilabının Ali Rəhbəri deyib: “İran niyə danışıqlara hazır deyil? Özünüzə qayıdın! Bir neçə il oturub danışıqlar apardıq. Elə həmin şəxs bitmiş, tamamlanmış və imzalanmış danışıqları masanın üstündən atıb cırdı. Əməl etməyəcəyini bildiyimiz halda nəyi müzakirə edək?”
Ali Məqamlı Rəhbər əlavə edib: “ABŞ-ın hazırkı administrasiyası ilə danışıqlar sanksiyaları ləğv etməyəcək, əksinə, onları daha da dolaşıq vəziyyətə salacaq.”
Bu il biz keçən il olmayan imkanlara sahibik
Həzrət Ayətullah Xamenei çıxışının birinci hissəsində deyib: “Keçən il bu görüşün keçirildiyi vaxtdan bu ilə qədər müxtəlif hadisələr baş verib. Keçən il vəziyyətimiz fərqli idi. Keçən il siz tələbələrlə görüşümüz olanda şəhid Rəisi sağ idi, şəhid Seyid Həsən Nəsrullah (Allah ondan razı olsun) bizimlə idi, şəhid Həniyyə, şəhid Səfiyəddin, şəhid Sinvar, şəhid Deyf və bir neçə başqa görkəmli inqilabçı şəxsiyyətlər aramızda və ya yanımızda idilər. Bu il isə bizim yanımızda deyillər.”
Ali Məqamlı Rəhbər bildirib: “İslam Respublikasının düşmənləri, müxalifləri və rəqiblərinin bu hadisə ilə bağlı baxışı natamam, dəstəksiz və səthi yanlış baxışdır. Mən sizə tam əminliklə onların dediklərinin əksini demək istəyirəm: Bəli, bu qardaşlar çox dəyərli idilər və onların yoxluğu bizim üçün həqiqətən itkidir. Bu barədə heç bir şübhə yoxdur. Amma bu il onlar bizim yanımızda olmasa da, bu gün bəzi məsələlərdə keçən ildən daha güclüyük, bəzi məsələlərdə isə güclü olmasaq da, zəif deyilik.”
İslam İnqilabının Ali Rəhbəri deyib: “Bu il şükür Allaha, bizim müxtəlif aspektlərdə bacarıq və imkanlarımız var ki, keçən il bizdə bunlar yox idi. Ona görə də, bəli, bu əzizlərin yoxluğu itkidir. Qərbi Asiya regionunda baş verən hadisələr acı və ağrılıdır. Amma Allaha şükürlər olsun ki, İslam Respublikası inkişaf etməkdə, tərəqqi etməkdə və qüdrətini artırmaqda davam edir.”
Həzrət Ayətullah Xamenei deyib: “Həzrət Peyğəmbər (s) hicrətin üçüncü ilində Ühüd döyüşündə Həmzə kimi bir şəxsi itirdi. Həmzə Peyğəmbərin yanından getdi. Tək Həmzə deyildi, şəhid olanların ən görkəmlisi Həmzə idi; digər igidlər, digər yoldaşlar da getdi. Hicrətin dördüncü və beşinci ilində Peyğəmbər hicrətin üçüncü ili ilə müqayisədə qat-qat güclü idi. Yəni görkəmli şəxsiyyətlərin itirilməsi heç bir şəkildə geriləmə və ya zəifləmə demək deyil, əgər iki amil varsa: biri ideal; ikincisi səy.”
Ali Məqamı Rəhbər deyib: “Şəxsiyyətləri itirmək ziyandır, lakin ideal və səy kimi iki şərti qalsa, ümumi hərəkət təsirlənməyəcək.”
Həzrət Ayətullah Xamenei deyib: “Bu gün dünyanın quldurları deyirlər ki, hamı bizə tabe olmalıdır, bizim maraqlarımızı öz maraqlarından üstün tutmalıdır, amma İslami İran bunu qəti şəkildə rədd edən yeganə ölkədir.”