Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru ölkəmizin Xarici İşlər nazirinin hüquq məsələləri üzrə müavini Kazim Qəribabadi ilə Vyanada keçirilən görüşü vaxtında keçirilmiş görüş adlandıraraq, MAQATE ilə İran arasında əməkdaşlığın vacib olduğunu bildirib.
arannews:irna-Rafael Qrossi bazar ertəsi X sosial şəbəkəsində paylaşdığı mesajda yazıb: “İran Xarici İşlər nazirinin müavini Kazim Qəribabadi ilə görüş vaxtında baş tutdu.” “Beynəlxalq Atom Enerjisi Agentliyi ilə əməkdaşlıq İranın nüvə proqramının dinc xarakter daşıması barədə etibarlı təminat vermək üçün vacibdir” - deyə, o, əlavə edib.
Qəribabadi də bir neçə saat əvvəl X sosial şəbəkəsində mesaj dərc edərək, Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru ilə görüşü “səmimi və konstruktiv” adlandırıb.
Xarici İşlər nazirinin müavini bildirib: “Bu görüşdə İran və agentlik arasında əməkdaşlıq, qalan iki məsələnin həlli, nüvə obyektlərinin təhlükəsizliyi, nüvə məsələsi ətrafında son hadisələr, sanksiyaların ləğvi müzakirə edilib və fikir mübadiləsi aparılıb.”
Qəribabadi qeyd edib ki, İran və agentlik bir neçə mövcud mübahisələri həll etməyə imkan verən uzunmüddətli əməkdaşlıq tarixinə malikdir, bu şərtlə ki, agentliyə qarşı xarici siyasi təzyiqlərə son qoyulsun və agentlik müstəqil, texniki, qərəzsiz və peşəkar yanaşma yolu seçsin.
“İran öz təhlükəsizliyini və milli maraqlarını qorumaqla yanaşı, müşahidə öhdəlikləri çərçivəsində agentliklə əməkdaşlıq etməyə sadiqdir”, o, əlavə edib.