Tarix : 2025 Mar 18
Kod 65306

Əraqçi: Biz ABŞ və İngiltərənin Yəmənə qarşı hərbi təcavüzünü pisləyirik

Əraqçi İslam ölkələrinin Tehranda yaşayan səfirləri və nümayəndəlik rəhbərlərinin ziyafətində bütün müsəlmanları müqəddəs Ramazan ayı münasibəti ilə təbrik edib və bu əziz ayda itaət və ibadətlərin qəbul olunmasını arzulayaraq, ümidvar olduğunu bildirib ki, bu müqəddəs ayın bərəkəti ilə İslam ümməti üçün əmin-amanlıq və xeyirxahlıq bərqərar olacaqdır.
arannews:irna-Seyid Abbas Əraqçi Ramazan ayının Novruz və Yeni Hicri ili ilə yaxınlığına işarə edərək, Uca Allahdan İranın nəcib milləti və bütün bölgə xalqları üçün dua edib.

O, əlavə edib: Müsəlmanlar sionist rejimin hərbi cinayətləri və soyqırımı və amansız təcavüzünün qurbanı olan Qəzza, Livan, Suriya və Yəməndə Fələstin xalqının iztirablarından kədərləndikləri bir vaxtda mübarək Ramazan ayına daxil oldular

Xarici işlər naziri həmçinin ABŞ və İngiltərənin Yəmənə hərbi təcavüzü, günahsız qadın və uşaqların öldürülməsi və sionist rejimin fələstinlilərə qarşı cinayətlərinin davam etməsini pisləyib və ümidvar olduğunu bildirib: Mübarək Ramazan ayının mənəvi ab-havasından yararlanaraq müsəlman xalqların qanuni hüquqları tam reallaşana qədər, xüsusilə öz müqəddəratını təyinetmə hüququ reallaşana və paytaxtı Qüds şəhəri olan Fələstin dövləti qurulana qədər müsəlman ölkələri və xalqları arasında vəhdət və həmrəyliyin möhkəmlənməsinin şahidi olaq və bu cinayətlərə qarşı duraq.

  • Yazılıb
  • da (də) 2025 Mar 18
  • Göndərən رضا رستمی