Tarix : 2025 Mar 19
Kod 65307

Rusiyanın Xarici İşlər naziri Novruz bayramı münasibətilə İranın Xarici İşlər nazirinə təbrik məktubu göndərib

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov İran İslam Respublikasının Xarici İşlər naziri Seyid Abbas Əraqçiyə məktub göndərərək Novruz bayramının gəlişi və Yeni il münasibətilə təbrik edib.
arannews:irna-Rusiyanın Xarici İşlər naziri bu məktubda İran İslam Respublikası ilə Rusiya Federasiyası arasında 1403-cü ildə hərtərəfli strateji tərəfdaşlıq müqaviləsinin imzalanmasına, ticarət mübadiləsinin sürətlə artmasına və infrastruktur sahələrində müştərək layihələrin həyata keçirilməsinə işarə edərək, Rusiya-İran əlaqələrinin yaxşılaşdırılmasından məmnunluğunu ifadə edib, İran və Rusiya arasında beynəlxalq və regional gündəlikdəki mühüm məsələlər üzrə yaxın məsləhətləşmələr və koordinasiya, həmçinin iki ölkənin yüksək səviyyədə əldə olunmuş razılaşmalarının həyata keçirilməsi üçün tərəflər arasında əməkdaşlığın yeni ildə də davam edəcəyinə ümidvar olduğunu bildirib.

 

  • Yazılıb
  • da (də) 2025 Mar 19
  • Göndərən رضا رستمی